YUNI SERVIS peşəkar təmizlik şirkətinin saytına xoş gəlmişsiniz!!

Təşkilat, şirkət və müəssisələrin müasir yaşayış və istehsalat sahələri onların təyinatından asılı olmayaraq müvafiq təmizliyin saxlanmasını tələb edirlər.
Xüsusi problem yaratmadan bunu yalnız təmizlik şirkəti təmin edə bilər.
Təmizliyin saxlanması üçün bizim lazımi inventarımız və təmizlik avadanlığımız var: peşəkar şvabralar və təmizlik arabaları, tozsoranlar və döşəməyuyan maşınlar, döşəmələrin parladılması üçün maşınlar, şüşələrin, divarların yuyulması üçün alətlər, qurğular və digər təmizlik mexanizmləri.


Təmizliyi şirkətimizə həvalə edərək, Siz:

1. Aşağıdakı qayğılardan azad olarsınız:


təmizliyin təşkili və keyfiyyətə nəzarət;

işçi personalının seçilməsi və təlimləndirilməsi;

müasir təmizlik texnikasının və avadanlığının əldə edilməsi, təmiri və baxılması;

yuyucu vasitələrin və digər məsrəf materiallarının alınması;

personalın xüsusi geyimlə təchiz olunması;

məzuniyyət və xəstəlik zamanı personalın əvəz olunması;

personala əmək haqqı üzrə ödənclərin və vergilərin hesablanması və ödənilməsi;

sosial zəmanət və güzəştlər üzrə təminat.


2. Xidmətin avropa səviyyəsini və keyfiyyətini əldə edərsiz;

3. Öz işinizdə cəmləşmək imkanını əldə edərsiniz.


Biz həmişə bizim Sifarişçilərə yardımçı oluruq və Sizin bütün istəklərinizi nəzə almağa hazırıq!

Sizi maraqlandıran xidmətlər barədə məlumatı mütəxəssisə müraciət edərək əldə edə bilərsiniz. Əməkdaşımız zəruri işlərin həcminin müəyyən olunmasında və kommersiya təklifinin hazırlanmasında təmənnasız olaraq Sizə yardımçı olacaq və hər hansı bir sualınızı cavablandıracaq.